Azərbaycanda qəbiristanlıqda inanılmaz görüntülər – DAĞ KEÇİLƏRİ QƏBİRLƏRİN ARASINDA – VİDEO
    • 31-01-2020, 14:39
    • 1 653

Azərbaycanda qəbiristanlıqda inanılmaz görüntülər – DAĞ KEÇİLƏRİ QƏBİRLƏRİN ARASINDA – VİDEO

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən qəbiristanlıqda otlayan dağ keçirilərinin görüntüləri böyük marağa səbəb olub.

News24.az-ın məlumatına görə, hadisə Ordubadın qədim Məlik İbrahim türbəsinin də yerləşdiyi qəbiristanlıqda baş verib. Dağdan enən dağ keçiləri qəbirlərin arasında otlayarkən kadrlara düşüblər.

Qeyd edək ki, Ordubadın qeyd edilən ərazisində ovçuluq qadaan edilib və bu da vəhşi heyvanların, xüsusi ilə də dağ keçilərinin populyasiyasına müsbət təsir edib.

Həmin görüntüləri təqdim edirik.