Koronavirus Rusiyada da QEYDƏ ALINDI
    • 31-01-2020, 17:03
    • 920

Koronavirus Rusiyada da QEYDƏ ALINDI

Rusiyada ilk dəfə iki koronavirusa yoluxma halı aşkarlanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, virusa yoluxanların hər ikisi də Çin vətəndaşıdır. Baş nazirin müavini Tatyana Qolikova ölkədə koronavirusla mübarizə üçün əlavə tədbirlərin görüldüyünü qeyd edib.

Birinci hadisə Trans-Baykal ərazisində, ikincisi - Tümen bölgəsində qeydə alınıb.

T.Qolikova eyni zamanda Çinin iki şəhərindən rusların evakuasiya başlandığını açıqlayıb. İlkin məlumata görə, Uhanda 300, Ubeydə 341 rusiyalı var.

Rusiya hakimiyyəti Çindən qayıtmaq istəyənlərin sayını təxmin edəcək və vətəndaşlarını təxliyə etmək üçün təyyarə təyin edəcək. Həmin şəxslər iki həftə karantində saxlanılacaqlar.