Bakıda DƏHŞƏT – Arvadını öldürdü, qayınanasını isə...
    • 3-02-2020, 15:58
    • 854

Bakıda DƏHŞƏT – Arvadını öldürdü, qayınanasını isə...

Bakıda həyat yoldaşını amansızlıqla öldürüb qayınanasına isə xəsarətlər yetirdiyinə görə təqsirli bilinərək məhkum edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni,  xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə məhkum edilmiş Ramin Kərimov Ali Məhkəmədən barəsindəki işə yenidən baxılmasını və hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, qətl hadisəsi 2011-ci ildə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yeni Suraxanı qəsəbəsindəki Yuxarı Mədən küçəsində tikilmiş evlərdən birində yaşayan Ramin Kərimov ailə münaqişəsi zəminində arvadı Ülviyyəni bıçaqla qətlə yetirib, qayınanası

Tünzalə Abbasovanı isə yaralayıb. R.Kərimov könüllü olaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsinə gəlib.