-
- 22-11-2019, 12:50
- 5 774
Bakıda şirkət rəhbəri və anasını amansızlıqla öldürdülər – PULA GÖRƏ
Bakıda ana və oğlunu amansızlıqla öldürən şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə məhkum edilən Allahverdiyev Ruhin Kamal oğlu Ali Məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.
Müraciətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 4 il əvvəl Bakının Nərimanov rayon sakinləri - 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhin Allahverdiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ruhin Allahverdiyev hadisə baş verən evdə ustalıq edirmiş.
Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi olub.