News24.az mükafata LAYİQ GÖRÜLDÜ
    • 4-02-2020, 15:06
    • 1 189

News24.az mükafata LAYİQ GÖRÜLDÜ

Ötən gecə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıblar.

News24.az xəbər verir ki, "Azerbaijan Best Awards” adlanan mükafatlandırma mərasimi “Boulevard Hotel Baku”da baş tutub. Gecədə incəsənət nümayəndələri, iş adamları və bir çox şirkətin nümayəndələri iştirak ediblər.

Mükafat alanlar sırasında il ərzində səmərəli fəaliyyətinə görə, ölkədə və dünyada baş verən ən son xəbərləri operativ və qərəzsiz şəkildə təqdim edən News24.az saytı da öz yerini alıb. "Azerbaijan Best Awards" mükafatına layiq görülənlər arasında News24.az saytının baş redaktoru Ülkər Qasımova da mükafata layiq görülüb.

Sevda Bayramova