Bakıda pedofil futbol məşqçisi 3 oğlanı zorladı – ŞOK HADİSƏ
    • 4-02-2020, 15:45
    • 1 722

Bakıda pedofil futbol məşqçisi 3 oğlanı zorladı – ŞOK HADİSƏ

Bakıda azyaşlılara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş idman məşqçisi barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Cəlilabad rayon sakini Məlikov Elsevər Ağahüseyn oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, seksual xarakterli zorakılıq - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq. Məlumata görə, futbol məşqçisinin əməllərindən 3 azyaşlı oğlan uşağı zərər çəkib və onlar zərərçəkən şəxs qismində tanınıb. Günahı sübuta yetirilsə, Elsevər Məlikovu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Qeyd edək ki, iyrənc hadisə Sabunçu rayonunda baş verib. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən birgə məlumata görə, futbol üzrə qeyri-rəsmi məşqçi işləyən Cəlilabad rayon sakini Elsevər Məlikovun 2019-cu ilin may-iyul aylarında Sabunçu rayonu ərazisində kirayədə yaşadığı evdə azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə iyulun 16-da rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.