Türkiyədə avtobus qar uçqununa düşdü -qar altında qaldılar
    • 4-02-2020, 23:10
    • 690

Türkiyədə avtobus qar uçqununa düşdü -qar altında qaldılar

Türkiyənin Van şəhərinin Bahçesaray rayonunda qar uçqunu olub.

News24.az xəbər verir ki, Türkiyə mediasına isitnadən xəbər verir ki, uçqun sərnişin avtobusunun üstünə düşüb.

İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri davam etdirilir. Qar altından artıq 5 nəfər sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işlərinə texnika ilə yanaşı yerli sakinlər də cəlb olunub. Qarın yağmağa davam etməsi və görmə məsafəsinin azalması axtarış işlərini çətinləşdirir.