Bakının mərkəzində kişi 3 qadını vəhşicəsinə döydü
    • 6-02-2020, 16:06
    • 758

Bakının mərkəzində kişi 3 qadını vəhşicəsinə döydü

Bakıda 3 qadını vəhşicəsinə döyən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsində rayon sakini Mollayev Ramil Tahir oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci, yəni, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq və hazırlıq iclası 19 fevral tarixinə təyin edilib. 

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl Nəsimi rayonu Mirəli Qaşqay küçəsində baş verib. 1979-cu il təvəllüdlü R.Mollayev qardaşının həyat yoldaşı 1981-ci il təvəllüdlü L.Mollayevanı, 2000-ci il təvəllüdlü qardaşı qızı Ş.Mollayevanı və onun dostu A.Baxışovanı küt alətlə vəhşicəsinə döyüb. Onlar Kliniki Tibbi Mərkəzə müraciət ediblər. Ana və qızına beyin travması, A. Baxışovaya isə üz sümüyünün sınığı diaqnozu qoyulub.

R.Mollayev əvəvllər də həbsxana həyatı yaşayıb, onun ruhi-psixoloji problemlərinin olduğu qeyd edilib.