-
- 10-09-2018, 11:35
- 3 798
Millli azlıqlar layihəsi-Qaraçılar
Azərbaycanda məskunlaşan köçəri millətlərdən biri də qaraçılardır.
News24.az xəbər verir ki, Qaraçılar dünyaya səpələnmiş etnik qrup olsa da, əsasən Avropada çoxluq təşkil edirlər. Bu gün sizə qaraçıların adət-ənənlərini təqdim edirik. Qaraçı ailələrində toy xeyli maraqlı keçir. Belə ki, gəlinin atası və qardaşı ona ya kiloqram, yada bankalarda qızıl hədiyyə edir. Toyu olan qızın bakirə olması vacibdir. Həmin gün ailənin yaşlı qadınları gəlinin bakirə olub-olmadığını yerindəcə öyrənmək üçün otaqda gizlənirlər. Sonra isə bunu bütün qonaqlara danışırlar. Bu millətin oğlanları və qızları başqa millətdən olan biri ilə heç vaxt ailə qura bilməz. Qaraçı ailəsində oğlan uşağına daha çox dəyər verilir. Hər ailədə heç olmazsa bir oğlan uşağı olmalıdır. Bu mümkün olmadıqda, başqa millətdən də olsa uşaq övladlığa götürülür.
Qaraçıların uşaq oğurlaması ilə bağlı miflər burdan qaynaqlanır. Bir qaraçı ailəsində qadın kişidən heç vaxt yüksək ola bilməz. Əgər iki mərtəbəli evdə kişi birinci mərtəbədədirsə, qadın ikinci mərtəbəyə qalxa bilməz. Qaraçıların zəngin dəfn etmə adətləri var. Əgər bir evdə valideyn ölərsə, qohumlar onu təmtəraqlı şəkildə dəfn etmək üçün pul yığırlar. Ən önəmlisi isə qəbrin üzərindəki daşın daha diqqət cəlb etməsidir.Qaraçı qızları ən gec 14 yaşında ailə qurmalıdırlar.
Burda evlənmək müqəddəs hesab olunur və hələ çox balacaykən qızlara ərə getmək təlqin edilir. Bəzi qaraçı tayfalarında torpağı əkmək, əzmək günah hesab olunur. Elə buna görə, onlar dilənçiliklə qazanc əldə edirlər ki, torpağı incitməsinlər. Qaraçıların maraqlı toy adətlərindən biri də, toy gecəsi bəyin bir kisəyə girməsidir. Gəlin kisəni açıb bəyi çıxarmaq üçün dilənib, dolanıb, ailəsini saxlyacağına and içdikdən sonra bəy kisədən çıxır. Qaraçılar tarixən heç bir zaman məskunlaşdıqları ölkəylə torpaq davası etməyiblər. Əsasən xristian inancına malikdirlər.
Şəlalə Ağayeva