-
- 7-02-2020, 12:59
- 926
İmişli sakininin evini tamamilə yandırdılar
İmişlidə bir neçə ay əvvəl Mehman Zamanovun evində baş vermiş yanğının qəsdən törədildiyi məlum olub.
News24.az-ın məlumatına görə, İmişli şəhər Ə.Məmmədov küçəsində Zamanov Mehman Ənnamə oğlunun evinin tamamilə yandığı hadisənin həmyerlisi Abdullayev Rövşən İlqar oğlu tərəfindən qəsdən törədildiyi bilinib. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci, yəni, əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda maddəsi ilə iş açılıb.
Qeyd edək ki, hadisə günorta saatlarında şəhərin Ə.Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, Mehman Zamanova məxsus evdə yanğın başlayıb. Nəticədə ümumi sahəsi 64 kvadratmetr olan 1 mərtəbəli 4 otaqdan ibarət evin 2 otağı yanaraq yararsız hala düşüb. Hadisə yerinə İmişli rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.