-
- 28-07-2019, 11:59
- 1 047
Azərbaycanda qadından inanılmaz hərəkət -3 nəfərin evini yandırdı
Gəncə şəhərində 3 nəfərin evini yandıran qadın barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, Gəncə şəhəri Kəpəz rayonu ərazisində baş vermiş hadisəyə görə məsuliyyətə cəlb edilən M.Əliyeva barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci, yəni, Əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda maddəsi ilə açılan işin materialları məhkəməyə göndərilib. İşə Kəpəz Rayon Məhkəməsində Cavid Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məlum hadisə ilə bağlı 3 mülk sahibi zərərçəkən şəxs qismində tanınıb.
Məhkəmənin hazırlıq iclası avqustun 8-nə təyin edilib.