Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
    • 7-02-2020, 13:16
    • 654

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  8-11, Bakıda  gecə 5-7, gündüz  9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət  gecə və gündüz 70-80 faiz olacaq.   

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi gözlənilir.  

Havanın temperaturu  gecə  3-8, gündüz  10-15 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə şaxta  olacaq.