Vilayət Eyvazov yeni formalara baxış keçirdi -FOTOLAR
    • 8-02-2020, 18:56
    • 2 636

Vilayət Eyvazov yeni formalara baxış keçirdi -FOTOLAR

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim formasının tətbiqinə başlanılıb.

News24.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.