Elza Seyidcahanın şikayətinə baxıldı – MSK-nın qərarı
    • 15-02-2020, 15:43
    • 1 149

Elza Seyidcahanın şikayətinə baxıldı – MSK-nın qərarı

Mərkəzi Seçki Komissiyasının iclasında 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Qasımova Elza Nuru qızının (Elza Seyidcahan) şikayətinə baxılıb.

Məsələ barədə MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, şikayət aidiyyəti qaydalarının pozulması üzrə daxil olduğundan müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Çünki bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarındadır.

MSK Elza Seyidcahanın şikayətinin 54 saylı Şabran-Siyəzən seçki dairəsinə göndərilməsinə dair qərar qəbul edib. /Teleqraf.com/