Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı
    • 17-02-2020, 09:12
    • 665

Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfər olub, 10,8 mindən çox insan virusdan xilas olunub, pnevmoniyanın başlamasından bəri yoluxanların sayı 70,5 mindən çox olub.

News24.az-ın xəbərinə görə, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl qurum 68,5 mindən çox yoluxma, 1665 ölüm halı və 9419 nəfərin sağalması barədə məlumat yaymışdı. Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusun rəsmi ölüm səviyyəsi bir gün əvvəl 2,43%-dən 2,5%-ə yüksəlib.