-
- 19-02-2020, 10:26
- 1 504
Bakı metrosunda nə baş verir?
Son iki-üç gün ərzində Bakı metrosunda görünməmiş sıxlıq yaşanıb. Qatarlar çox gec gəlib. İşə gecikməmək üçün insanlar qatara basqın ediblər, əksər insanlar isə xeyli gözləməli olublar. Yola düşən qatarlar isə növbəti stansiyalara gec çatıblar.
News24.az xəbər verir ki, “Qara Qaarayev” metrostansiyasında 4 dəqiqə intervalla gecikmə olub. “Ulduz” stansiyasında 2-3 dəqiqə, “Gənclik” stansiyasında isə qatarların 5 dəqiqə dayanması baş verib.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən “Bakı Metrpoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da iki gün ərzində metroda sıxlığın olduğunu bildirib. Onun sözlərinə görə, ləngimənin səbəbi insanların çoxluğu ilə bağlıdır:
"Stansiyalarda, qatarlarda heç bir problem yoxdur. Qatarların qapısının saxlanmamasına da nəzarət edilir. Hər şey qaydasındadır. Sərnişin sayı artıb. Tədris mövsümündə tətil olmuşdu, onunla bağlı seyrəklik var idi, indi dərslər açılıb, ona görə də sıxlıq nəzərə çarpır. Mən özüm də sıxlığı müşahidə edirəm”.
Afaq Mirayiq