Metroda sıxlıq- insanlar qatarlara minə bilmədi
    • 17-09-2019, 10:44
    • 916

Metroda sıxlıq- insanlar qatarlara minə bilmədi

Bu gün metronun “Qara qarayev” stansiyasında sıxlıq yaşanıb, qatarda yer olmadığına görə, insanlar xeyli gözləməli olublar.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən “Bakı Metrpoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, ləngimənin səbəbi qatarın qapısında qeydə alınan nasazlıqla bağlı olub: “Yeni qatarların da bir xüsusisiyyəti var ki, qapını saxlayanda avtomatik dayanır. Sərnişinlər qapıları bir neçə dəfə tutub saxlayıblar. Həmin vaxt proqramı yenidən yükləmək lazım gəlib. Bu da vaxt tələb edir. Proqram yükləndikdən sonra qatar yoluna davam edib. Bir qatar gecikdiyindən bu, digər qatarların da gecikməsinə səbəb olub. Hazırda intervalın tənzimlənməsi istiqamətində işlər aparılır.

B.Məmmədov onu da əlavə edib ki, yeni dərs ili də sıxlığın yaranmasına təsir edir:  “Dünən 800 mindən çox sərnişin daşınıb”.

Afaq Mirayiq