-
- 21-02-2020, 15:22
- 2 161
Azərbaycanda evdar qadınlar da əmək haqqı alsın- Milli Məclisdə müzakirə
“Səhərdən axşama qədər işləyirəm. 3 uşağım var, onları məktəbə, bağçaya aparıram. Yemək bişir, paltar yu, bazarlığa qaç, uşaqların ev tapşırıqlarına kömək elə… Evin işi bitmir ki, bitmir. Axşam düşəndə o qədər yorğun oluram ki, deyiləsi deyil. Amma bu dünyada işinə qiymət verilməyən yeganə adam mən və mənim kimi qadınlardı. Bizim haqqımızda ancaq bir söz deyirlər, “evdə oturub, bekardır, Bəxtəvər, ər çörəyi yeyir...". Halbuki biz də işə gedən qadınlar qədər zəhmət çəkirik. Amma işimizə görə nə qiymət verən var, nə də pul”.
Bu, sözləri Firuzə Əliyeva deyib. O, News24.az-ın əməkdaşı ilə söhbətində işinə dəyər verilməməsindən şikayətlənib: “Evdar xanımların zəhməti gözdə görünmür. Hətta həyat yoldaşım belə deyir ki, bütün günü evdəsən, guya nə iş görürsən ki…”
Nəzirə Səlimova isə deyir ki, ali təhsillidir, amma uşaqlarına görə hansısa müəssisədə çalışa bilmir: “Üç övladım var, birini məktəbə aparıram, birini bağçaya, digəri də çox balacadı. Bu uşaqları böyütmək lazımdı, mən işləsəm, nə qədər məvacib almalıyam ki, uşağın birini məktəbə, birini bağçaya aparacaq, dərslərinə kömək edəcək adam tuta bilim? Dövlət bağçalarında yer yoxdur deyirlər, özəl bağçalar da çox bahadı. Bütün bunları özüm edirəm, həm ev işlərini, həm də uşaqlarımla məşğul oluram. Bizim kimi anaları düşünən yoxdur. Kimdənsə pul istəmirəm, heç olmasa elə bir iş olsun, evdən işləyim. Yoldaşımın qazancı dolanışığa çatmır”.
Firuzə və Nəzirə tək deyillər. Azərbaycanda yüzlərlə qadın müxtəlif səbəblərdən çalışa bilmir. Evdar olmaq məcburiyyətindədir. Amma bunun müqabilində hər hansı ödəniş almırlar.
Elə Dövlət Statistika Komitəsinin 2020-ci il fevralın 1-nə olan məlumatında bildirilir ki, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib.
Evdar qadınlar da əməkhaqqı alsın
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komisənin sədri Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycan əhalisinin 50, 1 faizini (4 939 100) qadınlar təşkil edir. O, qadınlıarın əksəriyyətinin işsiz olduğunu vurğulayaraq ev işləri və uşaq böyütməsinə görə məvacib almasını təklif edib.
Bununla bağlı Komitənin mətbuat katibi Elgün Səfərovla əlaqə saxladıq.
Mətbuat katibi News24.az-a bildirib ki, bu məsələ ilə bağlı bir sıra yeniliklər olacaq: “Evdar qadınların hüquqlarının müdafiəsi, onların pensiya hüququnun əldə edilməsi, evdə gördükləri işlər, uşaqlara xidmət göstərməsi müqabilində ödənişin tətbiq olunması ilə bağlı 2019-cu ildə təklif irəli sürülüb:
Almaniyada 5 ildir ki, ev qadınları maaş alır
“Ümumiyyətlə, beynəlxalq praktikaya baxsaq, Almaniyada 2015-ci ildən etibarən qadınlar ev işlərinə və uşaq böyütməyə görə məvacib alırlar.
Fransada, Kanada da evdar qadınlara müavinət verilir. 10-a yaxın ölkədə evdar qadınların işi ilə bağlı hökümət tərəfindən ödənişli şəkildə vəsait köçürülür. Azərbaycanda da bu yaxınlarda “uşaq pulu” adı altında məsələ qaldırılmışdı. Buna cavab olaraq, Dövlət Komitəsi tərəfindən evdar qadınların evdə xidmət göstərməsinin də iş hesab olunması, gələcəkdə onların pensiya təminatı kimi hesablanması üçün məsələ qaldırılıb. Ancaq biz gözləyirik ki, iki sənəd - Ailə Strategiyası və Gender Bərabərliyi üzrə Milli Fəaliyyət planı qəbul edilsin. Hansı ki avtomatik olaraq yeni təkliflərin hazırlanmasına və təqdim edilməsinə əsas yaradacaq. Bunlardan biri də evdar qadınlarla bağlı məsələ olacaq. Eyni zamanda Komitə tərəfindən gender bərabərliyi üzrə əlaqələndiricilərin cəlb olunması, təlimatların hazırlanması da planlaşdırılır”.
Qadınlar evdən freelancer kimi çalışa bilər...
E. Səfərovun sözlərinə görə, evdar qadınların fəaliyyətinin ödənişli şəkildə təmin edilməsi “uşaq pulu” məsələsinin aradan qaldırılmasına da dəstək olacaq: “Eləcə də pensiya hüququnun təmin edilməsinə kömək edəcək. Üçüncü məsələ də, qadınların liderlik keyfiyyətlərinin artırılması, evdə freelance (şirkətlərə və ya müştəriyə xidmətlərini təklif edən) işlərə cəlb edilməsi mümkündür. Həm də bizdə bir sıra layihələr həyata keçirilir. Kəndlərdə, regionlarda işlər aparılır, qadın sahibkarlığının inkişafına dəstək göstərilir. Siz bunu Cənub, Şimal və Qərb zonasında görə bilərsiniz. Avropa İttifaqı, BMT-nin UNDP fondu ilə, Almaniya Əməkdaşlıq Fondu ilə bir yerdə ayrı-ayrı layihələr üzrə bu işlər aparılır”.
Məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq
Millət vəkili Fazil Mustafa isə Milli Məclisdə bu məsələnin müzakirəyə çıxarılacağını bildirdi:
“Biz ümumuyyətlə dəfələrlə bunu qeyd edirik, parlamet işinə başlayanda bu məsələnin üzərinə yenidən qayıdacağıq. Çalışacağıq ki, müavinət verilsin. Burda büdcənin imkanları nəzərə alınmalıdır. Bu, minimum əmək haqqı məbləğində verilməlidir. Ona uyğun olaraq da məsələ tənzimlənməldir. Hesab edirəm ki, bu problem öz həllini tapmalıdır. Əks halda, anaların hüquqlarının və çoxuşaqlığın qorunması istiqamətində geridə qalacağıq”.
Afaq Mirayiq