Koronavirusa yoluxduğu ehtimal edilən şəxslər Bakıya belə gətirildi - FOTOLAR
    • 24-02-2020, 16:57
    • 896

Koronavirusa yoluxduğu ehtimal edilən şəxslər Bakıya belə gətirildi - FOTOLAR

Bu gün İrandan Azərbaycana gələn 1995 və 1998-ci il təvəllüdlü 2 nəfərin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdik.

News24.az-ın məlumatına görə, həmin şəxsləri sərhəd rayonundan Bakıya gətirmək üçün xüsusi avadanlıqla təchiz edilmiş təcili və təxirəsalınmaz tibbi yardım mamşınları və xüsusi geyimdə tibbi heyət göndərilib.

Koronavirus şübhəsi ilə Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərin Bakıya necə gətirilməsini əks etdirən fotoları təqdim edirik.