Bakıda liftdə dəhşətli hadisə - İçəri girən kişi 2 qadını amansızlıqla...
    • 25-02-2020, 12:57
    • 1 549

Bakıda liftdə dəhşətli hadisə - İçəri girən kişi 2 qadını amansızlıqla...

Bakıda liftdə qadınlara qarşı quldurluq əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü, yəni, quldurluq - zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə maddəsilə təqsirli bilinmiş Əlizadə Şəhriyar Əli oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq.

Qeyd edək ki, 2 il əvvəl aprel ayında Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Ş.Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlə nəticəsində E.Osmanova da saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. O, cinayət işinin istintaq dövründə şahid qismində dindirilib.

Ş.Əlizadə isə özünü təqsirli bilmədiyini deyib. O, E.Osmanova ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Söyləyib ki, cinayət işində zərərçəkmiş qadınlar E.Osmanovanın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.

Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra bu maddə CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib.