Səhiyyə Nazirliyi əhalini İrandakı müqəddəs yerlərə ziyarətləri TƏXİRƏ SALMAĞA ÇAĞIRDI
    • 25-02-2020, 17:52
    • 541

Səhiyyə Nazirliyi əhalini İrandakı müqəddəs yerlərə ziyarətləri TƏXİRƏ SALMAĞA ÇAĞIRDI

“Hazırda İranda koronavirus olduğu üçün Azərbaycandan bu ölkədəki ziyarətgaha getmək istəyən insanlar bunu bir az yubatsalar yaxşıdır”. 

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva bildirib.

O qeyd edib ki, əgər buna zərurət və ya tələb yoxdursa, müqəddəs yerlərə səfərlərin təxirə salınması tövsiyə olunur: “Bildiyimiz kimi, tək Qumda yox, İranın başqa vilayətlərində də ziyarətgahlar var. İranda hazırda bu xəstəlik var, özləri də təsdiq ediblər. Həmin ölkədə xəstəlik olduğu müddətdə əhalimiz ora gedişləri bir qədər azaltmalıdır"./APA/