DSX  Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı da TƏXİRƏ SALINDI
    • 3-03-2020, 10:54
    • 926

DSX Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı da TƏXİRƏ SALINDI

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

İmtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaqdır.