-
- 25-03-2020, 09:39
- 1 241
İmtahanların online keçirilməsi ilə bağlı DİM-dən – AÇIQLAMA
9-cu siniflər üçün buraxılış imtahanı və ya digər imtahanların online şəkildə keçirilməsi nəzərdə tutulmur.
Bunu News24.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib. Onun sözlərinə görə, imtahanlar mərkəzləşdirilmiş qaydada Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qərarlar əsasında həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu siniflər üçün buraxılış imtahanı təxirə salınıb. Bu, koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması yönündəki tədbirlər çərçivəsində edilir.
Afaq Mirayiq