75 yaşlı qadın yolda can verdi
    • 5-03-2020, 21:25
    • 937

75 yaşlı qadın yolda can verdi

Saatlıda "Mercedes" qadını vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, şəhər sakini 75 yaşlı Həsənova Həqiqət Soltan qızı yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.

Ağır bədən xəsarətləri alan H.Həsənova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.