"Neynirəm o sənəti ki, açından öləcəm!"- MANAF AĞAYEV
    • 6-03-2020, 12:21
    • 1 012

"Neynirəm o sənəti ki, açından öləcəm!"- MANAF AĞAYEV

Əməkdar artist Elza Seyidcahanla müğənni Manaf Ağayev arasında qalmaqal yaşanıb.

News24.az xəbər verir ki, Manaf Ağayevi əməkdar artistin "Gəncləri korlayan Manaflar, Mətanətlər var" deməsi özündən çıxarıb: "Bu sözləri Elza Seyidcahan yox, bir kişi desəydi, onu gecə ilə məhv edərdim. Mən nə dərəcədə qanmaz olaram ki, deyim, mənə çörək lazım deyil. Söhbət toylardan gedir. Mən nə qədər qanmazam, özüm-özümü vurum ki, bizə əsər lazım deyil. Kim toyda əsər ifa edir ki? Mən Xalq artistləri tanıyıram ki, dolana bilmirlər. Mən o sənəti neynirəm ki, acından ölüm. Ondansa, gedib maşın yuyaram. Elzanı təhqir də etmərəm. Qadın xeylağıdır. Əsər oxuyan adam, harada işləyirsiniz? Get, əsərləri konsertə oxu! Yaxın günlərdə dedi ki, xalq artisti Nazpəri Dostəliyeva tələbəm olub, ondan nə desən gözləmək olar".

Sevda Bayramova