-
- 10-03-2020, 20:00
- 759
Bakıda gənc qız ahıl kişini aldadıb evinə girdi və… - ŞOK CİNAYƏT
Bakıda quldurluqda təqsirli bilinərək məhkum edilmiş qrup üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, yəni, quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Bəxtiyarzadə Gülər Ələkbər qızı barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.
İşə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, iş üzrə 4 nəfər zərərçəkən şəxs qismində tanınıb. Cinayətə gəlincə keçən il aprelin 26-da saat 04 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən naməlum şəxslər onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.
Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – Murad Səfərov zərərçəkən şəxsin bacısının nəvəsidir. Hadisədən əvvəl M.Səfərov digər dəstə üzvlərinə qohumunun bir neçə gün əvvəl bağ evini satdığını və mənzildə külli miqdarda pulun olduğu barədə məlumat verib.
Mənzilin qapısını isə əvvəlcə özünü qonşu kimi təqdim edən Gülər Bəxtiyarzadə döyüb. Ahıl yaşlı kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər.