Hotellərin ulduzlaşması üçün tələblər MÜƏYYƏN EDİLDİ
    • 11-03-2020, 14:10
    • 610

Hotellərin ulduzlaşması üçün tələblər MÜƏYYƏN EDİLDİ

"Hotellərin ulduzlaşması üçün tələblər müəyyən edilib".

News24.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, hər bir mehmanxana obyekti ulduz alarkən müəyyən tələblərə cavab verməlidir: "Əsas məqsədimiz odur ki, hotellərdə məmnunluq səviyyəsini qaldıraq.

Təbii ki, daha çox turistin ölkəyə gəlməsini istəyirik. Yerli insanların turizmə cəlb olunması üçün xüsusi fəaliyyət planı işlənib hazırlanır. Hazırda müvafiq orqanlarla birlikdə turizmə cəlb edilən insanların biliklərinin, təlim bacarıqlarının artırılması istiqaməti üzrə işləyirik. Eyni zamanda fikirləşirik ki, onların marketinq işinə kömək edək? Yəqin ki ən yaxın vaxtlarda bununla bağlı müvafiq addımların atıldığını görəcəksiniz. Hazırda bununla bağlı müzakirələr gedir".

Afaq Mirayiq