-
- 16-03-2020, 12:21
- 818
"Qobustanda dəhşətli soyuqda suyun içində çəkiliş eləmək..." - SAMİRƏ ƏFƏNDİ
"İndi qrafikim çox doludur. Hər saniyə çalışırıq. Yatmağı çox sevən bir insanam, amma yuxuya həsrət qalmışam".
News24.az xəbər verir ki, bu sözləri "Eurovision 2020" beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək müğənni Samirə Əfəndi deyib. İfaçı mahnını çox bəyəndiyini bildirib: "Mahnımı ürəyimcədir. Sanki Əfəndidən özündən bəhs edir. Mən özümü belə görüb eşidirdim! Mənim üçün ən əsası tamaşaçının fikri önəmlidir. Belə səs-küy yaradacağını gözləmirdim. Trenddəyik, irəli gedirik. Bəstədə Buddizm mantrası var. Əslində mən oxumuşam, sadəcə olaraq o ifadəni dəyişdilər. Çox xoşbəxtəm ki, azərbaycanlıyam və ölkəmi "Eurovision"da təmsil edəcəyəm".
S. Əfəndi klipindən bəhs edib: "Klip Qobustanda çəkilib. Fevral ayı idi, Xəzər və Qobustanın küləyi orada idi. Dəhşətli soyuqda vanna səhnəsi çəkildi. Suyun içində...Hər kəs əlindən gələni edirdi, çünki məqsəd bir idi. Mahnının səsyazma anında vokal müəllimin ideyası oldu ki, "Cleopatra" deyərkən "R" hərfini xüsusi vurğulayım".
İfaçı pərdəarxası məqamlardan da söz açıb: "Səhnəyə çıxmamışdan öncə özüm-özümə danışıram. Hətta gecədən hər bir şey planlaşdırırıb obraz yaradıram".
Sevda Bayramova