-
- 22-04-2020, 16:28
- 889
"Əfəndi yarışmaya hazır iştirakçıdır" - SAMİRƏ ÖZÜNÜ ÖYDÜ - VİDEO
"Müsabiqənin ləğv olma xəbərini eşidəndə çox pis oldum. Çünki, komandamla çox ciddi hazırlaşırdıq, möhtəşəm bir iş ərsəyə gətirəcəkdik. "Eurovision" tarixində indiyədək belə bir şey olmamışdı. Yarışma onlayn şəkildə keçiriləcək. Həmçinin, mən 2020 və 2021-ci ildə ölkəmizi təmsil edəcəm. Bunun özü də qürurverici bir hissdir, çox sevinirəm Bu o deməkdir ki, karantinin mənfi tərəfləri ilə yanaşı, müsbət tərəfləri də var. Bir müsbət tərəfi də odur ki, ailəmizlə bolluca vaxt keçirmək imkanı yarandı".
News24.az xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi "12 xal" "Eurovision" fan səhifəsinin canlı yayımında deyib. Ifaçı "Eurovision"a gedən yoldan danışıb: "Mən artıq 5 ildir ki, bu səhnəyə can atıram, səhvlərim üzərində çalışıram. Bir döyüşçü kimi məqsədimə çatmaq üçün vuruşuram. Münsiflər Heyətinin sonuncu qərarı mənimlə bağlı oldu. Bu o demək idi ki, Əfəndi yarışmaya hazır bir ifaçıdır. 2020-2021 illər mənim üçün əsl bayram oldu. "Kleopatra" mahnımda deyildiyi kimi, insan çalışımalıdır və heç vaxt məqsədindən dönməməlidir. Mənim mahnım heç kimin ifasına bənzəmir. Hər kəsdən fərqlidir. Gələn il də çıxışımda "Kleopatra" obrazından müəyyən elementlər yer alacaq".
Sevda Bayramova