DİM 11 min manatlıq gül alıb - İDDİA
    • 16-03-2020, 21:25
    • 696

DİM 11 min manatlıq gül alıb - İDDİA

Dövlət İmtahan Mərkəzi (DİM) fiziki şəxs Əliyev Ceyhun Əbdülağa oğlu ilə 11 min 227,7 manatlıq müqavilə bağlayıb.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, müqavilə gül və gül dəstələrinin satın alınması ilə bağlıdır.

DİM ötən ilin iyununda da Ceyhun Əliyevlə gül və gül dəstələrinin satın alınmasına dair 14 min 350 manatlıq müqavilə imzalayıb.

Gül və gül dəstələrinin hansı məqsədlə alındığı bəlli deyil.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir.