-
- 19-03-2020, 15:01
- 997
"Ordu quruculuğu həmişə dövlət üçün prioritetdir" - ZAKİR HƏSƏNOV
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
News24.az xəbər verir ki, təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq bu gün Novruz ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub, iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib.
Ordu quruculuğu həmişə dövlət üçün prioritet olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu dinamik inkişaf etdirdi. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Hərtərəfli iqtisadi inkişaf ordu quruculuğunun daha geniş miqyasda inkişafını təmin edib. Həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməklə ölkəmizin müdafiə qüdrətini daha da artırıb.
İnanıram ki, Vətən qarşısında borcunuzu bundan sonra da vicdanla yerinə yetirəcəksiniz. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqsınız.
Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm.
Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
Novruz bayramınız mübarək!".