Suriyadan qayıdan müdafiə naziri VİRUS TESTİNDƏN KEÇDİ - VİDEO
    • 24-03-2020, 10:24
    • 545

Suriyadan qayıdan müdafiə naziri VİRUS TESTİNDƏN KEÇDİ - VİDEO

Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriyaya səfərdən sonra koronavirus testindən keçib.

News24.az xəbər verir ki, bu barədə "Zvezda" telekanalı məlumat yayıb. Görüntülərdə xüsusi geyimli həkimlərin nazirin ağzından test üçün nümunə aldığı qeyd olunub.

Daha sonra Rusiya nümayəndə heyətinin digər üzvləri də eyni prosedurdan keçiblər. Onların hərarəti ölçülüb. 

Telekanalın verdiyi məlumata görə, nazir S.Şoyqunun test nəticələri mənfi olub.