-
- 28-03-2020, 19:08
- 711
“Evdə qal” devizi altında aksiya davam etdirilir
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının təşəbbüsü ilə yaşı 65-dən yuxarı olan və tənha yaşayan şəxslərlə ərzaq yardımı edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və Koronavirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri ölkədə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq tənha, ahıl şəxslərin evlərinə baş çəkiblər. Nümayəndələr onların səhhəti ilə maraqlanıb, maarifləndirici söhbətlər aparıblar.
Söhbət zamanı tənha ahıllara koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan xüsusi karantin rejiminin qaydaları bir daha xatırladılıb. Həmçinin bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi fəaliyyət göstərir. Ehtiyac yarandıqda həmin nömrə ilə əlaqə saxlayaraq, məlumat ala və köməklik göstərilməsini xahiş edə bilərlər.