Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb
    • 29-03-2020, 10:13
    • 688

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb. 


News24.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.


Onun sözlərinə görə, martın 29-da Nork xəstəxanasında 2 nəfər koronavirusdan ölüb. Onlardan biri 55 yaşlı qadın və digəri 73 yaşlı kişidir. Onların hər ikisi başqa xroniki xəstəlikdən əziyyət çəkirmiş. 


Bununla da Ermənistanda koronaviusdan ölənlərin sayı 3 nəfərə çatıb.


Xatırladaq ki, martın 28-inə olan məlumata əsasən, Ermənistanda 407 yoluxma faktı qeydə alınıb.