-
- 7-04-2020, 10:02
- 777
Hövsanda karantin rejimin pozan sürücü HƏBS EDİLDİ - FOTO
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib.
Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zerynallının saxlanılması qısa zamanda təmin edilib. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etmək tələb olunur.