Yeni il tətili koronavirusa görə LƏĞV OLUNDU
    • 8-04-2020, 11:21
    • 1 076

Yeni il tətili koronavirusa görə LƏĞV OLUNDU

Kamboca hakimiyyəti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün aprelin 13-dən 16-dək Kamboca (Khmer) Yeni ilini qeyd etmək üçün tətilləri ləğv edib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkənin Əmək Nazirliyinin yayımladığı sənəddə qeyd olunub. Bildirilib ki, virusun yayılmaması üçün tətil günləri başqa tarixə keçirilib.