-
- 8-04-2020, 14:16
- 1 366
ÜST rəsmisi isti hava, maska, əlcək və VİRUSUN BİTƏCƏYİ VAXT HAQDA
"İki növ maska var. Tibbi maska və tibbi olmayan maska. Tibbi maskaları yalnız Covid-19 virusunu daşıyan xəstələrlə təmasda olduqda və virusa qarşı mübarizə aparanlar geyilməlidir. Bunlar təbii ki, xəstəxanadakı səhiyyə işçiləridir. Ayrıca, evdə Covid-19 virusunu daşıyan qohumlarına qayğı göstərənlər də maska taxmalıdır. Qeyri-tibbi maskalara gəldikdə, qeyd etdiyim şəxslərdən başqa və yoluxmayanlara maska taxmağı tövsiyə etmirik".
News24.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayer deyib. O bildirib ki, maska ilə yanaşı əlcəkdən də istifadə etmək mütləqdir:"Məsləhətimizi heç dəyişmədik. Ümumdünya Səhiyyə Təşkilatı hələ də yoluxmayan insanlara maska taxmağı tövsiyə etmir. Ancaq bir maska taxırsınızsa, əl gigiyenasına diqqət yetirin. Maska tək qorunma deyil. Sosial məsafə, əl gigiyenası, bunlar birlikdə nəzərdən keçirilməlidir. Maska yalnız təhlükəsizlik kimi səhv ola bilər. Buna baxmayaraq əlcəkdən necə istifadə etməyiniz də vacibdir. Əlcək taxırsan, bir yerə toxunursan və götürürsən. Bəli, əllər qorunur. Ancaq insanlar əlcəkləri saatlarla geyirlərsə, bu əlinizdəki başqa bir dəriyə çevrilir. Bir yerə toxunub əlini üzünüzə çəksəniz eyni şeydir. Məsələn, bəzi insanlar maska və əlcək geyirlər. Maskanı çıxarıb əlcəklərlə üzlərinə toxunurlar".
Kristian Lindmayer koronavirusun havaların isinməsi ilə yox olacağına da münasibət bildirib:"Bu məsələ ilə bağlı araşdırma nəticələri hələ dəqiq deyil. Hələ də bu virus üzərində işləyirik. Çünki, bu virus bizə 3 aydan çoxdur məlumdur. Bir verisiyaya görə, bu virusun isti havada yox olduğudur. Lakin havanın istiliyinin yüksək olduğu ölkələrdə də bu virusa yoluxmalar var. Ancaq bu mövzuda araşdırmalar davam edir, bunu gələn həftələrlə biləcəyik".
K.Lindmayer bildirib ki, virus hava ilə deyil, damcı ilə ötürülür:"Damla danışarkən, öskürəndə, asqıranda 1 metrə qədər məsafəyə çata bilər. Ancaq qışqırırsan, ucadan danışırsan, daha da uzağa yayıla bilər. Bu şəkildə damcılar çıxır və sonra yerə düşür. Lakin bu virus havada qalmır".
ÜST sözçüsü koronavirus epidemiyasının bitəcəyi vaxtı açıqlamaqda çətinlik çəkdiyini deyib:"İşə qayıtmaq, iqtisadiyyatı yenidən qurmaq, məktəbləri yenidən açmaq və normal vəziyyətə qayıtmaq... Çox çətin bir sualdır. Hamımız bu suala cavab verə bilmək istəyirik. Bu açıqlamanıi evdən verən biri kimi mən də... Virusun bitməsi peyəndin tapılacağı vaxtdan asılıdır. Bununla bağlı dəqiq vaxt deyə bilmərəm".