Türkiyədə apteklər maskaları PULSUZ PAYLAYACAQ
    • 9-04-2020, 16:38
    • 552

Türkiyədə apteklər maskaları PULSUZ PAYLAYACAQ

İstanbul Əczaçılar Palatası, Səhiyyə Nazirliyi ilə birgə İstanbulda pulsuz maska paylamasını apteklər vasitəsi ilə sürətli və təhlükəsiz şəkildə həyata keçirməyə başlayacaq. 

News24.az "Haberler"ə istinadən xəbər verir ki, İstanbulda 10 gün müddətinə 1 nəfərə 5 maska pulsuz veriləcək. 

Qeyd edək ki, bundan öncə Türkiyədə maskaların paylanması üçün onlayn sistem yaradılmışdı. Lakin, insanların sui-istifadə halları aşkarlandığı üçün onlayn sistem ləğv edildi.