Sabiq nazir yenidən rektor təyin edildi
    • 2-05-2024, 16:06
    • 153

Sabiq nazir yenidən rektor təyin edildi

Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Heydər Əsədov 3 aprel 2019-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. O, 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri olub.