-
- 2-05-2024, 16:08
- 457
Zərdəçalın (sarıkök) heyrətamiz faydaları
Zərdəçalın bədəndə infeksiyanın qarşısını almaq, toxuma və sistemlərin sağlamlığını qorumaq kimi bir çox üstünlüklərə sahib olduğunu paylaşan Qidalanma və Pəhriz Mütəxəssisi Derya Eren, zerdeçalın faydalarını izah edib.
İNSULİNİ DƏSTƏKLƏYİR
News24.az xəbər verir ki, zerdeçal şəkərli diabet xəstələrində insulini balanslaşdırmağa kömək edir. Orqanizmdə insulin həssaslığını artıran kurkuminin fermentativ reaksiyalara təsir edərək fayda təmin etdiyi düşünülür. Bir araşdırmada, onun antidiyabetik təsirinin bəzi təsdiqlənmiş diabet dərman qrupları ilə demək olar ki, müqayisə oluna biləcək qədər güclü olduğu ortaya çıxıb.
ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNDƏN QORUYUR
Zərdəçal ürək-damar xəstəliklərindən qorunmaqda böyük fayda verə bilər. Araşdırmalar göstərib ki, zerdeçal ürək çatışmazlığı, ürək əzələsi xəstəlikləri, dərmana bağlı ürək toksikliyi, infarkt, insult və diabetlə əlaqəli ürək-damar simptomları kimi xəstəliklərdən qorunmaqda dəstəkləyici olduğu müəyyən edilib.
QRİPƏ QARŞI MÜBARİZƏDƏ ƏHƏMİYYƏTLİ YERİ VAR
Qrip də daxil olmaqla müxtəlif viruslarla mübarizə aparmağa kömək edə bilər.
DEPRESSİYA İLƏ MÜBARİZƏYƏ KÖMƏK EDİR
Müşahidə edilib ki, zərdəçal əsas depressiya pozğunluğuna yaxşı gəlir. Zerdəçalın neyrobioloji maddələrin miqdarını azaldaraq ya artıraraq və ya maddələr mübadiləsini təmin edərək bu təsirə səbəb olduğu düşünülür.
HƏZMSİZLİYİN QARŞISINI ALIR
Zerdəçal həzmsizlik əlamətlərini aradan qaldırmağa kömək edir. Həzmsizliyi aradan qaldırmaqla yanaşı, maddələr mübadiləsini tənzimləmək, zülalların həzmini asanlaşdırmaq, mədənin turşulara qarşı müqavimətini təmin etmək, mədənin selikli qişasını örtən seliyi artırmaq, mədə şirəsinin turşuluq səviyyəsini tənzimləmək kimi proseslərə də kömək edir.
ƏZƏLƏ KRAMPLARI VƏ OYNAQ AĞRILARINA YAXŞI GƏLİR
Menstruasiya əvvəli simptomları aradan qaldırmaqla yanaşı, zerdəçal da əzələ kramplarını azalda bilər.
YARALARI SAĞALDIR
Yaraların sağalmasına müsbət təsir göstərir.
PİYYƏNLƏNMƏNİN QARŞI ALINMASINI DƏSTƏKLƏYİR
Zerdəçalın piylənmədən əziyyət çəkən insanlar üçün də əhəmiyyətli faydaları var. Piy toxuması adlanan yağla örtülmüş hüceyrələrdən ibarət quruluşun iltihablı ifrazatlarını azaldaraq, piylənmədən qorunmağı dəstəkləyir.
Günel Məlikzadə