-
- 9-04-2020, 16:45
- 782
Koronavirusdan sağaldı, 1 həftə sonra YENİDƏN YOLUXDU
Tailand sakini koronavirusdan sağaldıqdan bir həftə sonra yenidən virusa yoluxub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Çayyaphum əyalətinin səhiyyə şöbəsi qeyd edib ki, martın əvvəlində xaricdən gələn 38 yaşlı qadın xəstələnib və martın 12-də Bangkokda həkimlərə müraciət edib. Onun koronavirus infeksiyası testi müsbət olub.
Paytaxt xəstəxanalarından birində iki həftədən çox müddət keçirən qadın, sağalıb.Mart ayının sonu doğulduğu Çayyaphum əyalətinə qayıtdıqdan sonra, 4 aprel tarixində yenidən soyuqdəymə əlamətləri ilə həkimə müraciət edib.
Bu zaman koronavirus üçün keçdiyi üçlü test müsbət nəticə göstərib. Qadın yenidən müalicənin aparıldığı vilayətdəki xəstəxanalardan birinin yoluxucu xəstəliklər palatasına yerləşdirilib.