“Ər və yaxud arvad xarici ölkə vətəndaşıdırsa..." -  Müavinətlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA
    • 9-04-2020, 18:30
    • 641

“Ər və yaxud arvad xarici ölkə vətəndaşıdırsa..." - Müavinətlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

190 manat birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlı oxucular çoxsaylı suallar ünvanlayırlar. 

Bu mövzuda verilən suallardan biri də “Ər və yaxud arvad xarici ölkə vətəndaşıdırsa, onlardan birinin bu müavinəti almaq hüququ varmı” sualıdır.

News24.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin mətbuat xidmətindən bu sualın da cavabını aydınlaşıdırb. Nazirlikdən bildirilib ki, ailə başçılarından birinin xarici vətəndaş olması birdəfəlik yardımın alınmasına əngəl deyil.