10 min işsizə birdəfəlik ödəmə KÖÇÜRÜLDÜ
    • 9-04-2020, 22:59
    • 1 163

10 min işsizə birdəfəlik ödəmə KÖÇÜRÜLDÜ

işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Bu barədən News24.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, şəxslər müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt" MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin olunacaqlar.