-
- 11-04-2020, 23:28
- 835
İtaliyada 19468 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ
İtaliyada koronavirusdan ölənlərin sayı açıqlanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Mülki Müdafiə Baş direktoru Angelo Borrelli mətbuat konfransında aktiv koronavirus yoluxmalarının sayının 100 min 269-a yüksəldiyi deyib. O bildirib ki, ölən və sağalanları bu siyahıya daxil etdikdə Kovid-19 yoluxmaların ümumi sayının 152 min 271-ə çatır.
Angelo Borrelli qeyd edib ki, bu gün daha 2079 xəstə sağalıb və bununla da ümumi say 32 min 534 olub:"Ölənlərin sayı son 24 saatda 619 nəfər artaraq 19 min 468-ə çatıb. Bu gün 1996 yeni yoluxma qeydə alınıb. Ötən gün bu rəqəm 1396, Cümə axşamı 1615, Çərşənbə 1195, Çərşənbə axşamı 880, Bazar ertəsi 1941 olub".
Reanimasiya müalicəsi alanların sayının dünənə nisbətən 116 nəfər azaldığını bildirən Borrelli, bu günə qədər ölkə daxilində 963 min 473 müayinənin edildiyini bildirib.