Rusiyada sutka ərzində koronavirusa 2100-DƏN ÇOX YOLUXMA
    • 12-04-2020, 11:57
    • 811

Rusiyada sutka ərzində koronavirusa 2100-DƏN ÇOX YOLUXMA

Rusiyada koronavirusa yoluxanların sayı durmadan artır. 

News24.az RİA-ya istinadən xəbər verir ki, ölkənin 52 regionunda sutka ərzində ümumilikdə 2186 yoluxma hadisəsi qeydə alınıb. Bununla da Rusiyada koronavirus xəstələrinin sayı 15770-ə çatıb. 

Bildirilib ki, 130 xəstə vəfat edib, 1291-i sağalıb, 146 nəfər isə nəzarət altəndadır.