Ruhani İranda səyahət qadağasının bitəcəyi tarixi AÇIQLADI
    • 12-04-2020, 13:13
    • 869

Ruhani İranda səyahət qadağasının bitəcəyi tarixi AÇIQLADI

İran prezidenti Həsən Ruhani koronavirusa görə qadağan edilmiş İran əyalətləri arasında vətəndaşların səyahətini bərpa etməyi planlaşdırdıqları zamanı açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, H.Ruhani qadağanın 20 aprel tarixindən sonra aradan qaldırılacağına ümid etdiyini deyib. O, həmçinin bildirib ki, bu bazar günü səlahiyyətlilər şəhər rayonları və əyalətlərdəki şəhərlər arasında səyahət qadağasını ləğv edəcək.

Qeyd edək ki, bundan öncə İranda əyalətlər arasında vətəndaşların səyahət qadağasının 18 apreldə bitəcəyi deyilmişdi.