İran hakimiyyəti ölkədaxili səfərlərə NƏZARƏT EDƏCƏK
    • 16-03-2020, 13:21
    • 729

İran hakimiyyəti ölkədaxili səfərlərə NƏZARƏT EDƏCƏK

"İran hakimiyyəti əyalətləri tərk edən vətəndaşların koronavirus səbəbiylə ölkə daxilində gəzintilərinə nəzarət edəcək və lazım olduqda avtomobilləri geri qaytaracaq".

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. Bu qərar, ölkədə martın 20-də qeyd olunan yeni ildən (Nouruz) bir neçə gün əvvəl - tətilə yaxın qəbul edilib. Bu müddət ərzində, ölkə ərazisində uzaq məsafəli səfərlərin sayı artır.

H.Ruhani əhalini evdən çıxmamağa çağırıb və bu ilin şüarının "Evdə qalın" olduğunu bildirib.