"Anladım ki, aciz sayacaqlar və daha da əzməyə çalışacaqlar..." - SAMİR CAVADZADƏ
    • 13-04-2020, 12:46
    • 512

"Anladım ki, aciz sayacaqlar və daha da əzməyə çalışacaqlar..." - SAMİR CAVADZADƏ

Müğənni Samir Cavadzadə dostluqdan danışıb.

News24.az xəbər verir ki, sənətçi bu barədə fikirlərini sosial media hesabında yazıb: "Dost nə deməkdir?! Bir çoxu bunu həqiqətən anlamır! Heç kimə cüzi də olsa, pislik etməmişəm, amma nədənsə yersiz, lazımsız hərəkətlərlər görmüşəm... Mən elələrindən sakitcə aralanmışam. Yaşadıqlarımdan sonra bir şeyi anlaydım ki, heç vaxt pis durumunu insanlara göstərmək, bildirmək olmaz! Mütləq bundan istifadə edəcəklər, səni aciz sayıb bəyənməyəcəklər və daha da əzməyə çalışacaqlar! Hər kəsə sadiq və əsl dost arzusu ilə..."


Sevda Bayramova