"Öz analarına hörmət qoysaydılar..." - Fədayə Laçın OD PÜSKÜRDÜ
    • 13-04-2020, 15:48
    • 870

"Öz analarına hörmət qoysaydılar..." - Fədayə Laçın OD PÜSKÜRDÜ

"Həbsxanada telefonum yox idi, xəbərləri ancaq bacılarımdan, bir də məhbus qadınların yanına gələn yaxınlarından eşidirdim. Məni ən çox üzən xəbər ölüm xəbərimin yayılması olmuşdu. Həbsxanaya düşəndən bir müddət sonra dedilər guya ürək tutmasından ölmüşəm. Bu xəbəri yayanlar analarına hörmət qoymayanlardır. Onlar öz analarını düşünsəydilər, mənim anamı, ailəmin belə xəbərdən nə hala düşdüyünü dərk edərdilər. Anlayardılar ki, bu xəbər onlara necə təsir edə bilər. O xəbəri yayanlara demək istəyirəm ki, ürəyimdə heç bir çatışmazlıq yoxdur, bir insana, bir ürəyə nə lazımdırsa, hamısı məndə var". 

News24.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın Space Televiziyasında yayımlanan "Axşam-axşam" verilişində deyib. O, bildirib ki, həbsxanada olduğu zaman haqqında yayılan şayiələr onu çox məyus edib.

Qeyd edək ki, Bakıda məhbusların qaçırılmasına yardım etdiyinə görə 2017-ci il oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Appelyasiya məhkəməsinin qərarı ilə 5 ildən 2 ilə endirilib. 

Sevda Bayramova