"Biz birlikdə güclüyük" şüarı altında yaşıllıq salındı- ETSN -VİDEO
    • 17-04-2020, 22:19
    • 894

"Biz birlikdə güclüyük" şüarı altında yaşıllıq salındı- ETSN -VİDEO

Təhlükəli virusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinin və polis əməkdaşlarının  fədakarlığına və şücaətinə minnətdarlıq əlaməti kimi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!" şüarına dəstək olaraq həmrəyliyimizi simvolizə edən yaşıllıq salındı. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, keçmiş Yod brom zavodunun tullantılardan təmizlənmiş  ərazisində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər tərəfindən karantin rejiminin tələblərinə əməl olunmaqla  minlərlə müxtəlif cinsli ağac əkildi. 

Qeyd edək ki, Sovet dönəmindən uzun illər çirklənmiş torpaqlar kimi istifadəsiz qalmış keçmiş Yod brom zavodunun ərazisi son illər təmizlənərək bərpa edilir, yaşıllıq salınaraq sağlam zonaya çevrilir.

Koronavirusla mübarizədə ön cərgədə gedən, həyatlarını risk altına atan həkimləri və xalqımızın asayişinin və sağlamlığının keşiyində gecə-gündüz çalışan polisləri alqışlayır, onlara inanır və güvənirik.